ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri DƏYİŞDİ

19:47 - 29 İyun 2022

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri DƏYİŞDİ

ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr Bürosunun direktoru Laura Okla ATƏT-in Minsk Qrupunun yeni həmsədri olub.

Manşet.az xəbər verir ki, o, bu postda 2017-ci ilin avqustundan həmsədr vəzifəsini yerinə yetirən Endryu Şoferi əvəz edib. 

Okla 2022-ci ildən Dövlət Departamentində Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktorudur. Keçmişdə o, ABŞ Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə direktor vəzifəsində çalışıb.

Okla həmçinin ABŞ-ın İspaniyadakı səfirliyində İqtisadiyyat üzrə müşavir müavini və ABŞ-ın Tbilisidəki səfirliyində daxili siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az