Bu ölkə Ermənistanda səfirliyini AÇIR

20:09 - 29 İyun 2022

Bu ölkə Ermənistanda səfirliyini AÇIR

Kanada Ermənistanda səfirliyini açır.

Manşet.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, Kanada dünyada sülh və demokratiyanın bərqərar olması üçün fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Ermənistan və Kanada rəsmi olaraq 1992-ci ildə diplomatik münasibətlər qurub. 1995-ci ildə Ermənistan Ottavada səfirlik açıb. 1997-ci ildə isə Kanada İrəvanda konsulluq açıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az