Gürcüstandan Rusiyaya yük maşınlarının hərəkəti bərpa EDİLDİ

21:24 - 29 İyun 2022

Gürcüstandan Rusiyaya yük maşınlarının hərəkəti bərpa EDİLDİ

Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” gömrük məntəqəsi fəaliyyətini bərpa edib.

Manşet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd edilib ki, beynəlxalq avtomobil yükdaşımalarının 24 saat ərzində maneəsiz hərəkətinin təmin olunması üçün fəal iş aparılır.

“Kazbeqi”də nəzarət prosedurlarının aparılması üçün bütün zəruri texniki avadanlıqlar və görmrük əməkdaşları da tam səfərbər olunub.

Məlumata əsasən, gömrük məntəqəsi vasitəsilə gün ərzində mindən çox nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür.

Xatırladaq ki, Gürcüstanda mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq “Kazbeqi” gömrük-keçid məntəqəsi iyunun 27-dən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az