Mariupol müdafiəçiləri Ukraynaya qaytarıldı

21:39 - 29 İyun 2022

Mariupol müdafiəçiləri Ukraynaya qaytarıldı

Ukrayna ilə Ruiya arasında ən çoxsaylı əsir mübadiləsi baş tutub.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, mübadilə nəticəsində 140-dan çox ukraynalı hərbçi vətənə qayıdıb. Xüsusilə də, Mariupolun müdafiəçiləri azad edilib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilb ki, azad edilən 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçisidir. Onların arasında Azov alayının 43 hərbçisi də var.

Əsirlikdən azad edilən Ukrayna hərbçilərinin əksəriyyətinin ağır yaralı olduğu qeyd edilir. Hazırda onlara lazımi tibbi yardım göstərilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az