Ərdoğanla ABŞ Prezidenti arasında görüş başa ÇATDI

21:43 - 29 İyun 2022

Ərdoğanla ABŞ Prezidenti arasında görüş başa ÇATDI

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.

Manşet.az APA-ya istinadən xəbər verir ki, iki liderin görüşü təxminən 1 saat 15 dəqiqə davam edib.

***

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

 Görüş İspaniyanın paytaxtı Madriddə NATO sammiti çərçivəsində keçirilir.

Görüşün əvvəlində Türkiyə lideri amerikalı həmkarı ilə bir araya gəlməkdən məmnun olduğunu bildirib.

ABŞ prezidenti öz növbəsində Ukrayna taxılının Qara dənizdəki limanlardan çıxarılmas, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı atdığı addımlara görə Ərdoğana təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az