Bu gün Türkiydə möhtəşəm Qarabağ parkının açılışı olacaq - VİDEO

09:50 - 30 İyun 2022

Bu gün Türkiydə möhtəşəm Qarabağ parkının açılışı olacaq - VİDEO

Bu gün Türkiyənin Batman şəhərində Qarabağ parkının açılışı mərasimi keçiriləcək.

 

Manset.az xəbər verir ki, yeni yaradılan parkın ümumi sahəsi 15 397 kvadrat metrdir

Parkda uşaqlar üçün oyun meydançası, hovuz var. Parkda, həmçinin sərgi yerləri ilə yanaşı Azərbaycanın yeddi məşhur incəsənət ustalarının əsərləri də yer alacaq.

“Azərbaycan mədəniyyətinin izlərini özündə əks etdirən Qarabağ parkı Batmanın təbiəti, qardaşlığı və incəsənəti bir yerə gətirəcək yeni görüş yeri olmağa hazırdır”, - deyə parkın açılışı ilə bağlı video çarxda bildirilir.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az