Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski Suriyanın Ukraynanın şərqindəki rusiyayönlü separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanımasından sonra Ukraynanın Suriya ilə diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.
Zelenski bəyanatında Ukrayna ilə Suriya arasında diplomatik münasibətlərin artıq olmayacağını və Suriyaya qarşı sanksiyaların tətbiqi üçün təzyiqin daha da artacağını bildirib.
O, həmçinin Suriyanın bu addımını “dəyərsiz” adlandırıb.