“Ermənistan Türkiyə ilə delimitasiya məsələsini müzakirə etmir”

14:28 - 30 İyun 2022

“Ermənistan Türkiyə ilə delimitasiya məsələsini müzakirə etmir”

“Ermənistan-Türkiyə sərhədinin delimitasiyası məsələsi gündəlikdə yoxdur”.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri, ölkənin Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. 

Onun sözlərinə görə, tərəflər arasında heç bir konkret sənəd müzakirə olunmur. 

Xatırladaq ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında növbəti görüş iyulun 1-i Vyanada keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az