NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın üzvlüyünün tarixini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq bildirib ki, Finlandiya və İsveç çərşənbə axşamı NATO-ya üzv olmaq üçün protokolu imzalayacaqlar:
"Burada Finlandiya və İsveçi NATO-ya dəvət etmək qərarına gəldik. Rəsmi imzalanma gələn çərşənbə axşamı xarici işlər nazirləri ilə keçiriləcək".