Ərdoğan taxıl dəhlizi ilə bağlı Putin və Zelenski ilə danışacaq

18:56 - 30 İyun 2022

Ərdoğan taxıl dəhlizi ilə bağlı Putin və Zelenski ilə danışacaq

“Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə daimi təmasdayam”.

Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən Vladimir Putinlə daimi təmasdayam. Tezliklə atəşkəs üçün bütün diplomatik səyləri göstərmək lazımdır”, - o deyib.

Türkiyə lideri taxıl məsələsini müzakirə etmək üçün Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını vurğulayıb.

“Cari həftənin sonunda, yeni həftənin əvvəlində taxıl dəhlizi ilə bağlı həm Putin, həm də Zelenski ilə telefon danışığı aparmağı planlaşdırıram”, – deyə Ərdoğan bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az