Ankaraya leysan yağdı, hər yanı su basdı - ÖLƏN VAR

21:53 - 30 İyun 2022

Ankaraya leysan yağdı, hər yanı su basdı - ÖLƏN VAR

Türkiyə paytaxtı yenidən aramsız yağışlara təslim olub.

Manşet.az xəbər verir ki, leysan Ankara küçələrini çaya çevirib.

Bir sıra yaşayış evləri və iş yerlərini su basıb.

Təbiət hadisəsi qurbansız ötüşməyib. Belə ki, suya qərq olmuş binalardan birində kişi cəsədi tapılıb.

Hazırda şəhərin müxtəlif rayonlarında xilasedicilər intensiv yağıntının fəsadları ilə üzləşmiş sakinlərə yardım göstərirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az