ABŞ-da 800 şirkət Ukrayna üçün silah istehsal etmək istəyir

12:45 - 01 İyul 2022

ABŞ-da 800 şirkət Ukrayna üçün silah istehsal etmək istəyir

ABŞ Müdafiə Nazirliyi 800 şirkətin Ukrayna üçün innovativ silah istehsalı ilə bağlı 1300 təklifini nəzərdən keçirir. 

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “CNN” telekanalı yayıb. 

Bildirilir ki, Pentaqon yaxın həftələrdə Ukrayna üçün mümkün silah istehsalı ideyaları ilə bağlı qərarını verməlidir.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi layihələri 30 gün ərzində və yaxud daha qəliz layihələri 180 günə həyata keçirməyi bacaran istehsalçılar axtarır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az