Zelenski Zmeyinı adasının rusiyalı hərbçilərdən azad edilməsindən danışdı - VİDEO

15:42 - 01 İyul 2022

Zelenski Zmeyinı adasının rusiyalı hərbçilərdən azad edilməsindən danışdı - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Zmeyinı adasının rusiyalı hərbçilərdən azad edilməsinə münasibət bildirib.

 

“Şübhəsiz ki, bu gün əsas söz “Zmeyinı”dır”, - deyən dövlət başçısı adanın strateji məntəqə olduğunu və onun azad edilməsinin Qara dənizdəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdiyini vurğulayıb.

“Bu, hələ ki, təhlükəsizliyə, düşmənin geri qayıtmayacağına zəmanət vermir. Amma bu, artıq işğalçıların hərəkətlərini xeyli məhdudlaşdırır. Addım-addım onları dənizimizdən, torpağımızdan, səmamızdan sıxışdırıb çıxaracağıq”, - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, iyunun 30-da Rusiya ordusu Zmeyinı adasını tərk edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az