Rusiyanın 77 təyyarəsi xarici ölkələrdə saxlanıldı

18:17 - 01 İyul 2022

Rusiyanın 77 təyyarəsi xarici ölkələrdə saxlanıldı

Bu günə qədər Rusiya aviakompaniyalarına məxsus 77 təyyarə xarici ölkələrdə qalıb.

Manşet.az xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib.

“İndiyə qədər 77 təyyarəmiz xaricdə saxlanılıb. Biz onlardan birini geri qaytara bilmişik. Hər bir təyyarə üçün mübarizə aparırıq”, - deyə Savelyev qeyd edib.

Onun sözlərinə görə, təyyarələrin bir hissəsi icarədarların qərarı ilə saxlanılıb, bəziləri isə Avropa səmasının bağlanması səbəbindən uçuş edə bilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az