SMA xəstələri üçün həyati vacib preparat olan "Zolqensma" iynəsi Rusiyaya gətirilib.
Manset.az xəbər verir ki, spinal əzələ atrofiyası xəstələri üçün lazım olan bir doza iynənin qiyməti 2 milyon dollardan bahadır.
Preparatı Novartis İsveçrə şirkəti istahsal edir.
Bu dərman SMA xəstələri üçün dünyada olan 3 dərmandan biridir. Uşağın müalicəsi üçün bir iynə kifayət edir.
"Zolqensmanın ilk qutuları artıq vətəndaşlar üçün dövriyyəyə buraxılıb.
Bu məlumatları "Çestniy znak" sistemində izləmək olar.
Artıq 3 iynəni Morozovskaya uşaq xəstəxanasında pasiyentlərə tətbiq ediblər.
Xatırladaq ki, Azərbaycanda da SMA xəstələri üçün bu iynəni vurmaq məqsədilə pul toplanır. Lakin uşağa iynəni vurmaq üçün o ABŞ-a getməlidir.