ABŞ-ın maliyyə xidmətləri şirkəti Wells Fargo-nun strateqləri 2022-ci ilin ikinci yarısından etibarən ABŞ-ın tənəzzülə girdiyini bildiriblər.
Manset.az Marja.az-a istinadən xəbər verir ki, Bankın investisiya bölməsində Qlobal bazarlar üzrə Baş strateq Sameer Samana deyib: “Təzzülün texniki tərəfi var, sonra istehlak və məşğulluqda gözlənilən pisləşmə var. Texniki hissə ilin birinci yarısında yaşanıb. İlin ikinci yarıda məşğulluq və istehlakda pisləşmə baş verəcək” deyib.
Wells Fargo-nun məlumatına görə, işsizlik səviyyəsi bu ilin sonunda 4,3 faiz, 2023-cü ilin sonunda isə 5,2 faiz təşkil edəcək. Əvvəlki hesablamalar müvafiq olaraq 4,4 və 3,8 faiz idi. Samana, iyun ayında inflyasiyanın illik 8,8 faizə yüksələcəyini, FED-in qiymət artımlarını cilovlamaq üçün faiz artımında daha aqressiv olacağını və bunun əmək bazarını və investisiyaları şoka salacağını söyləyib.
Wells Fargo ABŞ iqtisadiyyatında tənəzzülün (böhranın) başladığını deyən ilk qurumlardan biridir. Qurum ötən ay yaydığı açıqlamasında ilin sonuna qədər tənəzzül gözləmədiyini bildirmişdi. Wells Fargo-nun müxtəlif departamentlərində çalışan bəzi iqtisadçılar ən azı 2023-cü ilin ortalarına qədər tənəzzül gözləmirdilər.
Həmçinin "Nomura"dan "Guggenheimand"a qədər bir çox qurum da ilin sonuna qədər tənəzzül gözləyir.
ABŞ iqtisadiyyatı ilin birinci rübündə 1,6 faiz kiçilib. Fed-in Atlanta filialının məlumatına görə, ikinci rübdə də eyni sürətlə azalma olacaq. İkinci rübdə də iqtisadiyyat azalsa, ölkə iqtisadiyyatı texniki tənəzzülə düçar olacaq.