ABŞ Dəniz Piyadaları Korpusunun komandanı general Devid Berqer mümkün qarşıdurma halında Çində bombalayacaqları ilk hədəfi açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, general Berqer ABŞ Dəniz Piyadaları Korpusunun yeni döyüş doktrinasını və güc dizaynını qiymətləndirib.
Logistika mövzusunun indi kəşfiyyat qədər kritik olduğunu qeyd edən Berqer, logistikanın da əməliyyat planlamasında birinci məsələyə çevrildiyini bildirib.
O, Çin ilə ola biləcək müharibə barədə “ABŞ qüvvələrinin Çin kimi bir ölkə ilə üz-üzə gəlməsi vəziyyətində əvvəlcə yumşaq nöqtələri hədəf alacağıq. Təsəvvür edə bildiyiniz kimi, bu, həm logistika elementləri, həm də əmr və idarəetmə mexanizmi deməkdir” deyib.