Daha 2 ölkə maska rejiminə qayıtdı

12:45 - 09 İyul 2022

Daha 2 ölkə maska rejiminə qayıtdı

Dünyada son üç həftədir ki, koronavirusun yenidən yayılması müşahidə edilir. 

 

Manset.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda koronavirusun azı 110 ölkədə artdığını bildirir. 

Bu səbəbdən də, bir neçə ölkə yenidən koronavirus əleyhinə tədbirlərə qayıdır.

Beləliklə, Kipr Respublikasında iyulun 8-dən ictimai yerlərdə 12 yaşından böyük hər kəs mütləq qaydada maskadan istifadə etməlidir. Sözügedən qərar mayın 31-i ləğv olunmuşdu. 

Bununla yanaşı, Pakistanda da iyunun 28-dən daxili aviareyslərdə maska taxmaq tələbi qüvvəyə minib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Qətərdə də COVID-19-a yoluxma sayının artması səbəbindən qapalı yerlərdə maska taxmaq məcburi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az