Abe ali ordenlə təltif olunacaq

17:36 - 11 İyul 2022

Abe ali ordenlə təltif olunacaq

Sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ölümündən sonra Ali Xrizantema ordeni ilə təltif olunacaq.

 

Manset.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Mərhum siyasətçi zəncirli Ali Xrizantema ordeni ilə təltif olunacaq. Yaponiyada bu orden yalnız şəxsin ölümündən sonra verilir.

Ş.Abe bu mükafatı alacaq dördüncü keçmiş Baş nazir olacaq.

Qeyd edək ki, sözügedən ordeni 19-cu əsrdə yaradılıb. O, ağ mina şüaları olan dördguşəli qızılı işarədən ibarətdir, mərkəzində qırmızı günəş, dörd tərəfində isə yaşıl yarpaqlı sarı xrizantema çiçəkləri var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az