Türkiyə Ermənistanla yeni görüşün bu iki şəhərdə keçirilməsini təklif etdi

12:17 - 12 İyul 2022

Türkiyə Ermənistanla yeni görüşün bu iki şəhərdə keçirilməsini təklif etdi

Türkiyə Ermənistanla yeni normallaşma görüşünün yeri barədə rəsmi İrəvanə təklif verib.


Manset.az xəbər verir ki, Ankaradakı diplomatik mənbənin RİA Novosti-yə bildirdiyinə görə,  Türkiyə Ermənistana Ankara və ya İrəvanda növbəti normallaşma görüşünü keçirməyi təklif edib, lakin indiyədək heç bir cavab yoxdur.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Türkiyənin 1915-ci ilə iddia edilən qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması prosesinə kəskin reaksiyası səbəb olur.

"Əgər söhbət iki ölkə arasında münasibətlərin normallaşması prosesindən gedirsə, danışıqların üçüncü dövlətlərin, qüvvələrin iştirakı olmadan baş tutması məntiqli olardı. Biz Ankara və ya İrəvanda görüşün keçirilməsini təklif etmişik, lakin heç bir razılıq əldə etməmişik. Hələlik cavab yoxdur”, - agentliyin mənbəsi bildirib.

Mənbənin sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına maneələrdən biri də erməni diasporunun təzyiqidir.
"Bəzi hallarda proses sabotaj edilir. Amma normallaşma prosesinin davam edəcəyinə ümid edirik", - mənbə bildirib.

Yanvarın 14-də Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər.

Daha sonra Vyanada üç görüş keçirilib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bəyan etmişdi ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda Ermənistan hökumətinə ölkə daxilində təzyiqlər əsas problemdir. Onun sözlərinə görə, rəsmi Ankara İrəvanla dialoqun davam etdirilməsinin tərəfdarıdır və bu prosesi tədricən irəlilətməyə hazırdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az