Məşhur aktyor qulluqçusu tərəfindən qarət edildi - FOTO

10:21 - 13 İyul 2022

Məşhur aktyor qulluqçusu tərəfindən qarət edildi - FOTO

Türkiyənin məşhur aktyoru Necip Memili və yoldaşı Didem Memili evlərinə gələn Fatma adlı qulluqçu tərəfindən qarət ediliblər.

 

Manset.az BAKU.WS-ə istinadla xəbər verir ki, Didem son vaxtlar yüz minlərlə lirəlik zinət əşyalarının yoxa çıxdığını hiss edib.

Cütlük daha sonra evdə kamera quraşdırıb. Qadının əşyaları təmizlik vedrəsinə qoyduğu, daha sonra isə çantalarla evdən çıxardığı görünüb.

Memili və yoldaşı polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Fatma əşyaları Didem Memilinin ona verdiyini və zinət əşyalarından xəbərsiz olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az