Türkiyənin məşhur aktyoru Necip Memili və yoldaşı Didem Memili evlərinə gələn Fatma adlı qulluqçu tərəfindən qarət ediliblər.
Manset.az BAKU.WS-ə istinadla xəbər verir ki, Didem son vaxtlar yüz minlərlə lirəlik zinət əşyalarının yoxa çıxdığını hiss edib.
Cütlük daha sonra evdə kamera quraşdırıb. Qadının əşyaları təmizlik vedrəsinə qoyduğu, daha sonra isə çantalarla evdən çıxardığı görünüb.
Memili və yoldaşı polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
Fatma əşyaları Didem Memilinin ona verdiyini və zinət əşyalarından xəbərsiz olduğunu bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

