Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə Rusiya ordusunun raket zərbələri nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Donetsk vilayəti fövqəladə hallar üzrə dövlət xidməti baş idarəsininin Facebook səhəfəsində bildirilib.
“Gecə dağıntılar altından daha 1 nəfərin meyiti çıxarılıb. Bu gün səhər 08.00-a olan məlumata görə, ümumilikdı dağıntılar altında 46 nəfərin meyiti aşkarlanıb və çıxarılıb. Onlardan biri 9 yaşlı uşaqdır. Dağıntılar altından 9 nəfər isə sağ çıxarılıb”- , - deyə məlumatda bildirilir.
Xilasedicilər raket hücumuna məriz qalan evin 465 tondan artıq dağıntılarını təmizləyiblər. Hazırda işlər davam etdirilir.
Xatırladaq ki, iyulun 9-da axşam saatlarında Donetsk vilayətinin Çasov Yar şəhəri Rusiya ordusu tərəfindən "Uraqan" raketləri ilə atəşə tutulub. Raketlər beşmərtəbəli binaya düşüb. Binanın iki bloku tamamilə dağılıb.

