"Batmaq üzrəyik" - 105 milyonluq nəhəng ölkə çökür

14:08 - 13 İyul 2022

\"Batmaq üzrəyik\" - 105 milyonluq nəhəng ölkə çökür

Misirin keçmiş investisiya naziri Yəhya Həmid “Sisi” rejiminin ölkəni addım-addım çökdürdüyünü deyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yəhya Həmid Misirin vəziyyəti ilə bağlı fikirlərini bildirib:

“Misir batacaq. Rejimin və onun beynəlxalq dəstəkçilərinin dağıdıcı strategiyalarını geri çevirəcək həyat qurtaran plan lazımdır. “Sisi” rejiminin səriştəsizliyi ucbatından iqtisadi tənəzzül əslində illər əvvəl başlamışdı. Ukraynadakı müharibə gizli həqiqəti üzə çıxardı. Misirin indi tam iflasına cəmi bir neçə ay qalıb və tezliklə ölkənin 30 faizi yoxsulluq həddinin altına düşəcək.
Misir müxalifətinin bir çoxu hesab edir ki, nəticədə Sisi rejimi ciddi şəkildə zəifləyib və dönüş nöqtəsinə çatıb. Yenə də mən kifayət qədər pessimistəm, çünki Misiri xaosdan və qeyri-sabitlikdən xilas etmək üçün çox gec görünür.
Dövlət borcunun milli gəlirə nisbəti 93,8 faizə yüksəldi. Büdcənin 54 faizi kredit və faizlərin ödənilməsinə yönəldilib. Misir Mərkəzi Bankının faizləri artırmaq qərarına baxmayaraq, ölkəyə pul gəlmir”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az