Dünyanın ən yaşlı insanı, 1896-cı il təvəllüdlü, 126 yaşlı Svami Sivananda uzun ömür sürməyin sirrini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Svami Sivananda uzun ömrün sirrini aşiq olmamaqda və ədviyyatlı yeməklərdən qaçmaqda gördüyünü bildirib.
Sivananda 2013-cü ilin iyununda 116 yaşında vəfat edən yaponiyalı Jiroemon Kimuradan sonra yaşayan ən yaşlı insandır.
İndiyə qədər evlənməyən Sivananda uzun ömrün sirrinin "sevgisiz həyat"da olduğuna inanır.
O, həmçinin ədviyyatsız yeməklərin və yoqanın ömrü uzatdığını deyir.
Ömründə bir dəfə də olsun çarpayıdan, yastıqdan istifadə etmədiyini deyən qoca yerə sərdiyi həsirdə yatır.
Sivananda "Mən heç vaxt maddi şeylərə əhəmiyyət verməmişəm. Yoxsulluq içində doğulmuşam və həyatdan heç vaxt böyük gözləntilərim olmayıb. Bu gün insanlar maddiyyat hərisliyi ilə sürüklənir və ömürləri qısa olur. Bu vəziyyət məni həqiqətən çox təəssüfləndirir. Həyatda ən böyük qazanc sağlamlıqdır" - deyib.