Rusiya Ukraynada atəşkəsə RAZILAŞDI

10:15 - 14 İyul 2022

Rusiya Ukraynada atəşkəsə RAZILAŞDI

Rusiya İstanbulda Ukrayna taxılına dair danışıqların nəticəsi olaraq yüklərin daşınması müddəti üçün atəşkəsə razılaşıb.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə BMT-nin dəstəyi ilə silah qaçaqmalçılığının qarşısnı almaq üçün daşımalarda iştirak edən gəmiləri yoxlayacaq.

Öz növbəsində, BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq vurğulayıb ki, BMT danışıqlardan sonra müsbət bəyanatlar gözləyir.

"Mən liderimi qabaqlamayacağam. Baş katib tezliklə sizinlə görüşəcək. Ancaq qeyd etmək lazımdır ki, biz bunun müsbət bir şey olduğuna inanırıq", - o, danışıqların nəticəsi ilə bağlı sualı cavablandırarkən deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az