ABŞ müdafiə nazirinin müavini Dana Stroul Türkiyənin Suriyanın şimalında mümkün hərbi əməliyyatları ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stroul, “Biz Türkiyənin Suriyanın şimalında istənilən hərbi əməliyyatına qəti şəkildə qarşıyıq və bu məsələdə Türkiyəyə etirazımızı açıq şəkildə bildirmişik” - deyib.
Bu əməliyyatın həyata keçirilməməsi ilə bağlı Ankara ilə Vaşinqton arasında bir sıra danışıqlar aparılıb, lakin Türkiyə rəsmilərinin buna razı olmadığı bildirilib.
Türkiyədə mümkün bir əməliyyatın İŞİD-lə mübarizəni riskə atacağını ifadə edən Stroul, "Belə bir əməliyyat ABŞ qüvvələrini, İŞİD-ə qarşı qlobal mübarizəni riskə atır və Suriyanı daha çox zorakılığa sürükləyir. Suriya Demokratik Qüvvələri təzyiq altında qalarsa, digər ölkələrin himayəsi altına düşə bilər. Rusiya və hətta İranla əməkdaşlıq edə bilər” – deyib.