Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Vatikan administrasiyasındakı yepiskoplardan məsul olan prezident administrasiyasına ilk dəfə üç qadın idarəçi təyin edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vatikan Mətbuat Ofisindən bildirilib ki, Papa İtaliyalı rahibə Raffaella Petrini, fransız rahibə Yvonne Reungoat və argentinalı Maria Lia Zervinonun Vatikanda nazirlər səviyyəsində olan Yepiskoplar Prezidentliyinə tabe olmağa qərar verib.
Qadın idarəçilərin təyin olunduğu Yepiskoplar Prezidentliyi, həmçinin dünya üzrə Katolik Kilsəsinin 5 mindən çox yepiskopunun işinə nəzarət edir.