“Rossiya-1”də “60 dəqiqə” adlı verilişin aparıcısı Olqa Skabeyeva ABŞ-ni hədələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, O, Qərbin Ukraynaya silah tədarükünün qlobal münaqişəyə bərabər olduğunu iddia edərək, “Bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın bitdiyini qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb” deyib.
Rus aparıcı Ukraynaya silah yardımı davam edərsə, müharibənin Polşaya qədər yayılacağını açıqlayıb:
“ABŞ 300 kilometr mənzilli raketlər göndərsə, dayana bilmərik. Belə olan halda biz Varşavaya qədər gedəcəyik”.
Britaniya mətbuatı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi bildirib.