Rusiya canlı efirdə onları açıq şəkildə HƏDƏLƏDİ - Müharibənin yeni ÜNVANI

12:42 - 14 İyul 2022

Rusiya canlı efirdə onları açıq şəkildə HƏDƏLƏDİ - Müharibənin yeni ÜNVANI

“Rossiya-1”də “60 dəqiqə” adlı verilişin aparıcısı Olqa Skabeyeva ABŞ-ni hədələyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, O, Qərbin Ukraynaya silah tədarükünün qlobal münaqişəyə bərabər olduğunu iddia edərək, “Bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın bitdiyini qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb” deyib.

Rus aparıcı Ukraynaya silah yardımı davam edərsə, müharibənin Polşaya qədər yayılacağını açıqlayıb:

“ABŞ 300 kilometr mənzilli raketlər göndərsə, dayana bilmərik. Belə olan halda biz Varşavaya qədər gedəcəyik”.

Britaniya mətbuatı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az