Fransada keçirilən seçkilərdə prezident Emmanuel Makronun Milli Assambleyada çoxluğu itirməsi idarəçiliyini çətinləşdirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Makron indi “idarə olunmaz” Fransa ilə üz-üzədir.
Dünən parlamentdə keçirilən səsvermədə yeni hökumətin ilk qanun layihəsi rədd edilib.
Müxalifət millət vəkilləri yeni koronavirus variantının ortaya çıxmasından sonra Fransaya daxil olan sərnişinlər üçün sağlamlıq kartlarının bərpasını təklif edən tənzimləməni 219 səslə rədd ediblər.
Müxalifətin Makrona qarşı birləşməsi prezidentin yeni qanunları qəbul edə biləcəyinə böyük şübhələr yaradıb.
Qanunverici orqanda çoxluğu təmin edə bilməməsi Makronun daxili islahatlar aparmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.