Rusiyanın "Robinson" helikopteri radardan itdi

17:25 - 16 İyul 2022

Rusiyanın \"Robinson\" helikopteri radardan itdi

Rusiyanın Kamçatka bölgəsində “Robinson” helikopteri radardan itib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, radardan itən helikopterin göyərtəsində üç nəfərin olduğu bildirilib.

Qeyd olunub ki, ilkin məlumatlara görə, helikopter Uzon vadisindən havaya qalxaraq Milkovo kəndinə doğru gedib. Təyin olunmuş vaxtda helikopter əlaqəyə çıxmayıb.

Aviasiya xidmətləri helikopterin məcburi və ya qəza enişi edə biləcəyini istisna etməyib. Helikopterin axtarışına Kamçatkada gün açılan kimi başlanılacaq. Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib.

Radardan itən helikopterin sükanı arxasında rusiyalı biatlonçu İqor Malinovskinin olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az