Ərdoğan İrana səfərə yollanır

19:20 - 16 İyul 2022

Ərdoğan İrana səfərə yollanır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana səfər edəcək.

Manşet.az xəbər verir ki, elə həmin gün Türkiyə Prezidenti Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Prezidentlərin görüşündə müştərək ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışıqlar aparılacaq.

Danışıqlarda həmçinin terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə müzakirə olunacaq.

İki ölkəni maraqlandıran təhlükəsizlik məsələlərində həmrəyliyin artırılması istiqamətində atılan addımlar da müzakirə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az