Yaponiyada koronavirusa gündəlik yoluxma maksimum həddə ÇATDI

21:13 - 16 İyul 2022

Yaponiyada koronavirusa gündəlik yoluxma maksimum həddə ÇATDI

Yaponiyada koronavirusa yoluxma sayında gündəlik artım pandemiyanın başlanğıcından bu yana mütləq maksimumu yeniləyib.

Manşet.az xəbər verir ki, ölkədə son sutka ərzində koronavirusa 110 670 yoluxma qeydə alınıb.

Bununla da fevralın 1-də 104 484 yoluxma hadisəsinin qeydə alındığı tarixi maksimum yenilənib.

Yaponiyada pandemiya başlayandan bu yana 10 milyondan çox insan koronavirusa yoluxub, 31,5 minə yaxın insan virus səbəbindən həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az