NATO Gürcüstana xüsusi status verdi

22:31 - 16 İyul 2022

NATO Gürcüstana xüsusi status verdi

Şimali Atlantika Alyansı Gürcüstana NATO-nun Aralıq dənizində dəniz təhlükəsizliyini təmin etmək əməliyyatında fəal iştiraka görə operativ tərəfdaş statusu verib.

Manşet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze məlumat verib.

N.Şaradze bu barədə Potidə Gürcüstan Sahil Mühafizəsi Xidmətinin yaradılmasının 24-cü ildönümünün qeyd edilməsi münasibətilə keçirilən tədbirdə bəyan edib.

Gürcüstan sərhəd polisi rəhbərinin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələrinin NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az