Ərdoğan Makronla taxıl dəhlizinin yaradılmasını müzakirə ETDİ

23:07 - 16 İyul 2022

Ərdoğan Makronla taxıl dəhlizinin yaradılmasını müzakirə ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası tviterdə məlumat yayıb.

Prezidentlər Ukraynadan Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının tədarükünə nəzarət etmək üçün İstanbulda koordinasiya mərkəzinin yaradılmasını müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, planın tezliklə həyata keçirilməsi qlobal ərzaq təhlükəsizliyi məsələlərinin həllini xeyli asanlaşdıracaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az