Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket ATDI

23:31 - 16 İyul 2022

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket ATDI

İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarədən atılıb.

“Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları dəqiqləşdirilir” - Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az