ABŞ Prezidenti Co Baydenin may ayında “Samsunq” zavoduna səfərinin əsas məqsədi Cənubi Koreyanı Çin əleyhinə texnologiya ittifaqına cəlb etməyə çalışmaq olub.
Manset.az xəbər verir ki, bu barədə “Biznes Kareya” (Business Korea) məlumat yayıb.
Bildirilir ki, ABŞ hakimiyyəti bu ilin mart ayından başqa ölkələri də Çinin texnoloji blokadasına cəlb etmək ideyasını irəli sürür. Nəşrin iddiasına görə, Tayvan, Yaponiya və Cənubi Koreya alyansa daxil olmalıdır və ABŞ bu assosiasiyanın rəhbəri olacaq.
Cənubi Koreya Baydenin təklifi ilə bağlı yekun qərar verməyib. İddialara görə, ölkə alyansa qoşulmağa həvəsli deyil, çünki Koreyanın ən böyük yarımkeçirici şirkətləri “Samsung Elektronics” və “SK Hyniks” ixrac gəlirlərinin əsas hissəsini Çindən alır.