Aİ-nin 27 ölkəsindən yalnız altısı Rusiyanın aktivlərini fəal şəkildə bloklayır

18:28 - 17 İyul 2022

Aİ-nin 27 ölkəsindən yalnız altısı Rusiyanın aktivlərini fəal şəkildə bloklayır

Avropa İttifaqında (Aİ) təmsil olunan 27 ölkədən yalnız altısı Rusiyanın aktivlərini fəal şəkildə bloklayır.

 

Manset.az xəbər verir ki, bu barədə Aİ-nin ədalət və qanunun aliliyi üzrə komissarı Didye Reynders bildirib.

Ümumilikdə Aİ ərazisində 14 milyard avroluq Rusiya aktivlərinin dondurulduğu təxmin edilir.

Bunlardan 12,7 milyard avro altı dövlətin - Fransa, Almaniya, Avstriya, İrlandiya, Belçika və Lüksemburqun payına düşür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az