Somalidə otelə bombalı hücum - Ölən və yaralananlar var

20:57 - 17 İyul 2022

Somalidə otelə bombalı hücum - Ölən və yaralananlar var

Somalinin Cövhər şəhərində bomba yüklü avtomobilin Somali siyasətçilərinin yerləşdiyi otelə çırpılması nəticəsində azı 2 nəfər həyatını itirib, 15-dən çox insan yaralanıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Nuur Doob”  otelində baş verib.

Somalinin Hirshabelle əyalətinin sözçüsü Daud Hacı İrro hadisə nəticəsində həyatını itirənlərin sayının arta biləcəyini deyib.

Bombalı hücuma görə məsuliyyəti “Əl-Şəbab” terror təşkilatının üzərinə götürdüyü bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az