Avropada HƏYƏCAN TƏBİLİ - Ölənlərin sayı 1000-i keçdi, məktəblər bağlandı

14:10 - 18 İyul 2022

Avropada HƏYƏCAN TƏBİLİ - Ölənlərin sayı 1000-i keçdi, məktəblər bağlandı

Bu il normadan xeyli yuxarı olan və Avropanı yandıran istilər nəticəsində həyatını itirənlərin sayı mini keçib. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniya və Portuqaliyada 1027 nəfərin öldüyü açıqlanıb. 

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Təşkilatı fövqəladə vəziyyət hesab edilən dördüncü səviyyədə həyəcan siqnalı verdiyi üçün ölkədəki məktəblər və sağlamlıq mərkəzləri bağlanıb. 

“Temperatur apokalipsisi” yaşadıqlarını bəyan edən Fransa meşə yanğınları ilə mübarizə aparmağa çalışır.

Həddindən artıq istilərə görə tarixində ilk dəfə qırmızı həyəcan siqnalı verən İngiltərədə məktəblərin erkən bağlanması, bəzi məktəblərin isə ümumiyyətlə açılmaması nəzərdə tutulub.

Milli Dəmir Yolları Şəbəkəsi də vətəndaşları yalnız zəruri hallarda səyahət etməyə çağırıb. Ölkədə yolların əriməsi səbəbindən nəqliyyat dayana bilər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az