Rusiyanın İsveçrədəki səfirliyi İsveçrə qəzetinə hüquqi təhdid məktubu göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveçrə qəzeti Putinin təlxək kimi fotosunu dərc edib.
Səfirliyin mətbuat xidməti şənbə günü öz internet saytında dərc olunmuş məktubda “Neue Zürcher Zeitung” qəzetini Rusiyanın Ukraynaya təcavüzündə bu cür fotoşəkillərin və rəqəmsal mesajlaşmanın rolu haqqında məqalə dərc etdiyinə və Putini təlxəyə bənzətdiyinə görə pisləyib.
“Əgər təlxəklikdən danışırıqsa, bunu keçmiş ukraynalı komediya aktyoru V. Zelenskinin yaxın keçmişi kontekstində qeyd etmək daha məqsədəuyğun olardı” - səfirliyin məktubunda deyilir.
