Ərdoğan Finlandiya və İsveçə xəbərdarlıq etdi

18:37 - 18 İyul 2022

Ərdoğan Finlandiya və İsveçə xəbərdarlıq etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçə xəbərdarlıq edib.

Manşet.az xəbər verir ki, Ərdoğan deyib ki, yuxarıda adıçəkilən ölkələr tərəfindən NATO-ya üzvlük prosesi çərçivəsində lazımi addımlar atılmasa, prosesi dayandıracaqlar.

Türkiyə Prezidentinin sözlərinə görə, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb.

"Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq", - Ərdoğan bildirib.

Türkiyə lideri, xüsusən İsveçin razılaşmanın şərtlərini yerinə yetirmədiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az