Partlayış nəticəsində 1 nəfər öldü - 13 nəfər yaralandı

19:40 - 18 İyul 2022

Partlayış nəticəsində 1 nəfər öldü - 13 nəfər yaralandı

Kolumbiyanın cənub-qərbindəki Kauca departamentinin El Bordo şəhərində baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, 13 nəfər yaralanıb.

Manşet.az xəbər verir ki, bu barədə "TeleSUR" telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, hüquq-mühafizə orqanı əməkdaşları arasında 6 nəfər yaralı var.

Hazırda şəhərdə polis patrulları gücləndirilib, bir çox sakin evlərində qalıb. Səlahiyyətli orqanlar hadisəni araşdırır, indiyədək hadisədə qeyri-qanuni silahlı birləşmələrdən hər hansı birinin iştirakını müəyyən etmək mümkün olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az