DƏHŞƏTLİ HADİSƏ: Musiqiçilərin də içində olduğu hoteldə yanğın baş verdi - FOTO

20:54 - 18 İyul 2022

DƏHŞƏTLİ HADİSƏ: Musiqiçilərin də içində olduğu hoteldə yanğın baş verdi - FOTO

Türkiyənin Şanlıurfa şəhərində içərisində sənətçilərin də olduğu hoteldə yanğın baş verib.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, gecə saatlarında baş verən yanğın panikaya səbəb olub. 

Naməlum səbəbdən yaranan yanğın hotelin 2-ci mərtəbəsindəki boş otağı bürüyüb. Otaqdan alov qalxdığını görənlər vəziyyəti yanğınsöndürənlərə xəbər veriblər.

Xəbərdarlıq üzərinə bölgəyə gələn yanğınsöndürənlər hotelin 2-ci mərtəbəsindəki alova müdaxilə ediblər, yanğın baş verən mərtəbədəkilər isə təxliyə edilib. Müdaxilə zamanı ralarında model Tuba Özay, sənətçilər Hamiyet, Nevzat Soydan və Benhura kimi adlar olan tüstüdən təsirlənən 23 nəfərə təcili yardımda oksigen verilib.

Yanğınsöndürmə briqadası və polis yanğının səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az