Ərdoğan İrana yola düşdü

22:29 - 18 İyul 2022

Ərdoğan İrana yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə yola düşüb.

Manşet.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII Toplantısı və Türkiyə-Rusiya-İran liderlərinin Astana formatında üçtərəfli görüşü baş tutacaq.

Türkiyə Prezidentini səfərdə milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, prezidentin sözçüsü İbrahim Kalın və digər yüksək vəzifəli şəxslər müşayiət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az