Borreldən XİN rəhbərlərinin görüşünə MÜNASİBƏT

22:44 - 18 İyul 2022

Borreldən XİN rəhbərlərinin görüşünə MÜNASİBƏT

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tbilisidə baş tutan görüş hərtərəfli həll yolunda mühüm addımdır".

Manşet.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel tviter hesabında qeyd edib.

"Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür", - Borrel vurğulayıb.

Borrel bildirib ki, Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az