Ukrayna İstanbul Konvensiyasının ratifikasiyasını başa çatdırdı

22:54 - 18 İyul 2022

Ukrayna İstanbul Konvensiyasının ratifikasiyasını başa çatdırdı

Ukrayna İstanbul Konvensiyasının ratifikasiyasına dair sənədləri rəsmi olaraq Avropa Şurası Baş katibinin müavini Byorn Bergeyə təqdim edib.

Manşet.az xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç “Twitter” səhifəsində yazıb.

“Mən bu gün İstanbul Konvensiyasının ratifikasiyasına dair sənədin Ukrayna tərəfindən təhvil verilməsini səmimiyyətlə alqışlayıram. Ukrayna bu əlamətdar müqavilənin 36-cı iştirakçısıdır”, - deyə mesajda qeyd edilir.

İyunun 20-də Ali Rada daha çox İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında” Avropa Şurasının Konvensiyasının ratifikasiyasını dəstəkləyib.

İyunun 21-də Prezident Volodimir Zelenski İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanunu imzalayıb.

Əsasən Ümumukrayna Kilsələr Şurasının mövqeyinə görə uzun illər təxirə salınan bu qərar sonda Ukraynanın Aİ-yə namizədlik statusunu dəstəkləməyə razılaşan Hollandiya və İsveç kimi skeptik iki ölkə üçün xüsusilə vacib idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az