Hindistanda avtobus çaya düşdü - 13 nəfər öldü

23:00 - 18 İyul 2022

Hindistanda avtobus çaya düşdü - 13 nəfər öldü

Hindistanın Maharaştra əyalətində sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində Narmada çayına düşüb.

Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb.

Avtobusda 55 sərnişinin olduğu bildirilib. Xilas edilən 15 nəfərdən 7-nin vəziyyətinin ağır olduğu qeyd olunub.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az