Süleyman Soylunun əmisioğlu güllələndi

23:18 - 18 İyul 2022

Süleyman Soylunun əmisioğlu güllələndi

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez (59) silahlı hücum nəticəsində həyatını itirib. Hücum edən Faruk Ulusoy nəzarətə götürülüb.

Manşet.az xəbər verir hadisə axşam saatlarında rayonun Atatürk Bulvarında baş verib.

Fatih Ulusoyla daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb.

Qısa müddətdə davaya çevrilən hadisədə Fatih Ulusoy belindən götürdüyü tapança ilə Dönmezə 5 atəş açıb. Dönmez bədəninə dəyən güllələrlə yerə yıxılıb. Xəbər üzərinə gələn sağlamlıq qruplarının müdaxiləsi ilə Of Dövlət Xəstəxanasına aparılan Dönməzi həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Fatih Ulusoy əlindəki silahla polisə təslim olub. Polis qətllə bağlı araşdırmalara başlayıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az